Ceyhun Bayramov Ermənistanın təkliflərinə münasibət bildirib

Azərbaycanın mövqeyini bilirsiniz və Azərbaycan təməl
prinsiplərini bəyan edib. Azərbaycan o təməl prinsipləri əsasında
danışıqları davam etdirməyə və sülh müqaviləsi üzərində işləməyə
hazırlığını bildirib.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov jurnalistlərə açıqlamasında deyib.

C.Bayramov bildirib ki, Azərbaycan tərəfi hələ fevral ayında
Ermənistana sülh müqaviləsinin təməl prinsipləri üzrə 5 baza
prinsipini təqdim etmişdi, Ermənistan tərəfi isə həmin baza
prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını
bildiriblər.

“Ancaq maraqlısı bundan ibarətdir ki, hər kəs Ermənistanın qəbul
etdiyi sənədi görüb. Sənədə baxarkən görünür ki, bu, təkliflər
adlandırıla bilməz. Ermənistan tərəfinin təqdim etdiyi sənəd
Azərbaycanın təkliflərinə reaksiya formasında idi. Mən o 6 bənddən
ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə
gələ bilərsiniz ki, bunu nə qədər təklif adlandırmaq olar”, – deyə
nazir əlavə edib.

Teqlər: