Cənubi Afrikanın Durban şəhərində daşqınlar nəticəsində 306
nəfər ölüb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “The Guardian” ölkə hökumətinə istinadən
bildirib.
Qeyd edilib ki, qatarların hərəkəti pozulub. 6 mindən çox evə
ziyan dəyib. Fırtına Afrikanın ən əhəmiyyətli Durban limanına yük
konteynerlərini səpələyib, onun fəaliyyəti dayandırılıb.
“The Guardian” yazıb ki, bəzi yerlərdə magistral yolları o qədər
su basıb ki, sudan yalnız işıqforların yuxarı hissəsi
görünürdü.