Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır – Laura Loxman

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında böyük rol oynayır.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət
katibi müavininin enerji diplomatiyası üzrə müşaviri Laura Loxman
Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

“Xəzər regionu və Cənub Qaz Dəhlizi Aİ-nin enerji
təhlükəsizliyində vacib rola malikdir”, – L.Loxman deyib.

Onun sözlərinə görə, eyni zamanda “yaşıl” enerjiyə keçidin
vacibliyini unutmaq lazım deyil.

“ABŞ enerji keçidi baxımından Aİ-nin siyasətini dəstəkləyir. Biz
həm də Azərbaycanın bununla bağlı səylərini də qiymətləndiririk”, –
deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: