Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir – Britaniya səfiri

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8ci toplantısında iştirak etdim. Bu dəhliz Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün “Twitter” hesabında qeyd edib.


“Bu keçidin həyata keçirilməsində bp Azərbaycanın töhfələrini görməkdən məmnunam”, – deyə o əlavə edib.

Teqlər: