Ağcabədi bədbəxt hadisə: 29 yaşlı gənc öldü (VİDEO)

Ağcabədi. Aslan Məmmədli -Trend:

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, tikintidə işləyən fəhlə yıxılaraq ölüb.

Hadisə Ağcabədi rayonunun Qarabağ küçəsində qeydə alınıb. Rayonun Şahsevər kənd sakini 1993-cü il təvəllüdlü Hüseynov Qiyas Arif oğlu tikinti işləri aparan zaman yıxılaraq mişar daşlarının altında qalıb. 29 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: