“Çelsi” ilk dəfə klublararası dünya çempionatının qalibi olub

Klublararası dünya çempionatının final oyununda İngiltərənin “Çelsi” futbol klubu Braziliyanın “Palmeyrası” komandasını məğlub
edib.

AzerTimes-ın
məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı
Əbu-Dabidə keçirilən görüş “Çelsi”nin 2:1 hesablı qələbəsi ilə başa
çatıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib komandada
qolları Romelu Lukaku (55-ci dəqiqə), Kai Havertz (117, penalti)
vurub. “Palmeyras” heyətində Rafael Veyqa (64, penalti)
fərqlənib.


Beləliklə, “Çelsi” klubu tarixində ilk dəfə klublararası dünya
çempionatının qalibi olub.

Teqlər: