Ukrayna və Fransa prezidentləri telefonla danışıblar

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel
Makronla telefon danışığında Ukraynadakı təhlükəsizlik vəziyyətini,
həmçinin “Normandiya formatında” (Almaniya, Rusiya, Ukrayna və
Fransa) və Donbassdakı münaqişənin nizamlanması üzrə təmas qrupu
çərçivəsində danışıqların intensivləşdirilməsi yollarını müzakirə
edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna prezidenti “Twitter” səhifəsində
yazıb.

“Emmanuel Makronla dialoqumuzu davam etdirdik. Ukraynaya
səfərinə görə təşəkkürümü bildirdim. Biz “Normandiya dördlüyü” və
Təmas Qrupu çərçivəsində təhlükəsizlik vəziyyəti və sülh prosesinin
intensivləşdirilməsi yolları barədə danışdıq”, – deyə V.Zelinski
yazıb.


Bundan əlavə, tərəflər “son beynəlxalq danışıqlara dair fikir
mübadiləsi aparıblar”.