Cəlilabadda ev yanaraq külə döndü – Video

Cəlilabadda ev yanaraq külə döndü – Video

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun dağ kəndi olan Kövüzbulaqda qeydə alınıb.

Belə ki, kənd sakini Əhmədov Şahgəldiyə məxsus 200 kvadratmetr sahəsi olan evdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən və texnikalar cəlb olunmasına baxmayaraq, ev tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: