Bu klub da Alonsonu istəyir

Bu klub da Alonsonu istəyir

İspaniya “Real”ı “Bayer 04” klubunu çalışdıran Xabi Alonsonu 2025-ci ildə baş məşqçi postuna gətirməyi planlaşdırır.

AzerTimes xarici mediaya istinadən xəbər verir ki, Madrid klubu hələlik italiyalı baş məşqçisi Karlo Ançelottini dəyişmək istəmir.

Qeyd edək ki, bundan əvvəl ispaniyalı mütəxəssisin “Bavariya”ya keçəcəyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, X.Alonso 2022-ci ilin oktyabrından Leverkuzen təmsilçisinə rəhbərlik edir. 42 yaşlı ispaniyalı mütəxəssisin “Bayer 04” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulub.

Teqlər: