İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması
istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri
tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
nazirliyin qüvvələri tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhəri
və Lənkəran şəhərində su basmış ərazilərdən suyun çəkilib
kənarlaşdırılması işləri həyata keçirilib.