Çavuşoğlu partlayışdan danışdı: Xain hücum…

Çavuşoğlu partlayışdan danışdı: Xain hücum…

Türkiyə dövlətinin bütün bölmələri İstanbuldakı xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.

“İstiqlal prospektində törədilən bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun.

Dövlətimizin bütün bölmələri (təhlükəsizlik orqanları – red.) bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə çalışır”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal prospektində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

Teqlər: