TDT-dən Türkiyəyə dəstək…

TDT-dən Türkiyəyə dəstək…

Bu gün biz böyük İstanbulda baş verən partlayış nəticəsində ölən və yaralananların olmasını böyük kədər hissi ilə öyrəndik.

AzerTimes xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Tvitterdəki paylaşımında deyilir.

“Partlayışda həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik”, – deyə paylaşımda bildirilir.

Qeyd edilir ki, bu çətin zamanda TDT Türkiyənin yanındadır.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər isə xəsarət alıb.

Teqlər: