Çavuşoğlu Moskvada Lavrovla Rusiya-Ukrayna məsələsini müzakirə edir

Türkiyə Rusiya-Ukrayna məsələsində ilk gündən dəqiq mövqe tutub
və məsələnin beynəlxalq qanunlar çərçivəsində ədalətli həllinin
tərəfdarıdır.

AzerTimes-ın
məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşündə
deyib.

M.Çavuşoğlu bildirib ki, münaqişə tərəfi olan hər iki ölkə ilə
yaxşı münasibətləri olan Türkiyə mövcud problemin sülh yolu ilə
həllinə çalışır.

“Bu günə qədər Rusiya ilə istər Suriya, istər Livan məsələsində
səmərəli iş birliyimiz olub. Bu etibarlı münasibətlər əsasında bu
gün bu məsələni müzakirə edirik”, – deyə M.Çavuşoğlu əlavə
edib.

Teqlər: