Çavuşoğlu: Lavrovla danışacam

Çavuşoğlu: Lavrovla danışacam

Türkiyənin xarici işlər naziri yaxın vaxtlarda rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu özü məlumat verib.

“Dünən Moskvada Türkiyə və Suriya müdafiə nazirlərinin görüşü baş tutub. Yaxın vaxtlarda mən Lavrovla danışıqlar aparmağı planlaşdırıram”, – o bildirib.

Qeyd edək ki, dekabrın 28-də Türkiyə və Suriyanın müdafiə nazirləri 11 ildən sonra ilk dəfə Moskvada görüşüblər. Görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.

Teqlər: