100% inflyasiya, 1 dollar 200 rubl olmalıydı… – Volodin

100% inflyasiya, 1 dollar 200 rubl olmalıydı… – Volodin

Rusiya iqtisadiyyatı və siyasi sistemi çoxlu sayda sanksiyalara baxmayaraq, 2022-ci ildə sağ qalıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Ötən bir 1 il ərzində Vaşinqton və Brüssel Rusiya iqtisadiyyatının çökəcəyini proqnozlaşdırmışdı. Belə ki, inflyasiya 100%-dən yuxarı, bir dollar üçün məzənnə 200 rubl, ÜDM-in 25% azalacağını düşünürdülər. Ancaq planları həyata keçmədi. Yüksək təzyiqlər və ölkəmizə qarşı 13 mindən çox sanksiyanın tətbiq olunmasına baxmayaraq, prezidentimizin yaratdığı siyasi sistem və iqtisadi model öz effektivliyini sübut etdi”, – o bildirib.

Teqlər: