Bütün pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar bu həftə veriləcək

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ölkənin digər bölgələri üzrə
mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr
alan pensiyaçıların pensiyalarının ödənişi bu həftə
yekunlaşacaq.

Bu barədə AzerTimes-a nazirlikdən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Novruz bayramı ilə əlaqədar mart
ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial
yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi
planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq
maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri
aparır.

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron
rayonu üzrə mart ayının pensiyaları verilib.

Teqlər: