Şuşa. Trend:
30 il idi ki, biz bu günü gözləyirdik. Artıq Şuşamız azaddır və
Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçirilir.
Bunu AzerTimes-ın Şuşada olan əməkdaşına açıqlamasında Şuşada
keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı,
Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Elsevər
Məmmədov deyib.
Onun sözlərinə görə, Zəfər qurultayı çox böyük əhəmiyyət kəsb
edən tarixi hadisədir.
“Bütün dünya gördü ki, Azərbaycan xalqı öz dövlətinin, dövlət
başçısının, əsgərlərinin ətrafında birləşərək torpaqlarını azad
etdi. Bir daha buradan bütün dünyaya göstərdik ki, Şuşa
Azərbaycandır, Şuşa Azərbaycanın göz bəbəyidir’, – deyə E.Məmmədov
əlavə edib.