Bakıda yeznəsini bıçaqlayan 12 uşaq atasına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda yeznəsini
bıçaqlamaqda təqsirləndirilən Cəfərov Fərrux Məmmədağa oğlunun
məhkəməsi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Cəfərov 1 il azadlıqdan məhrum
edilib.

Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonu Maştağa qəsəbəsində
qeydə alınıb.

Lerik rayon sakini, Cəfərov Fərrux Məmmədağa oğlu yeznəsi ilə
əlbəyaxa dava zamanı onu bıçaqlayıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilib.
Fərrux Cəfərovun 12 övladı var.

Teqlər: