Prezident İlham Əliyev: Vətənpərvərlik ruhunda yetişən gənclərimiz Vətən uğrunda bilərəkdən ölümə gedirdilər

Otuz ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı
əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və
bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz
heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki
göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu
bir daha göstərdi.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı deyib.

“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya
erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları
ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə
bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki,
ölümə getməyə hazırıq. Öldü var, döndü yoxdur və müstəqillik
dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə
gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər”, – deyə
dövlətimizin başçısı vurğulayıb.

Teqlər: