Builki sərgilərə xarici şirkətlər tərəfindən böyük maraq var – Nazir

Bu gün Bakıda işə başlamış 15-ci Azərbaycan Beynəlxalq Kənd
Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq
Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” indiyə qədər təşkil
edilmiş ən böyük sərgilərdir.

AzerTimes-ın
məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov
sərgilərin açılışında deyib.

Nazir bildirib ki, sərgilərə xarici şirkətlər tərəfindən böyük
maraq var. Onun sözlərinə görə, sərgilərdə 25-ə yaxın ölkədən
təxminən 450 şirkət iştirak edir.

“Bunun da 350-si xarici şirkətdir. Onların bu sərgilərə maraq
göstərməsi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir, bu sahəyə
dövlət dəstəyinin olmasıdır. Əsas məqsədimiz fermerləri sərgidə
təqdim edilən yeniliklərlə tanış etməkdir”, – deyə İ.Kərimov
bildirib.

Nazir qeyd edib ki, İsrailin və Türkiyənin kənd təsərrüfatı
nazirləri, digər qonaqlar Bakıdadır. Sərgilər çərçivəsində
ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Teqlər: