Azərbaycanda su ehtiyatları hansı səviyyədədir? – AÇIQLAMA

Azərbaycanda su ehtiyatlarının həcmi ötən ilin su təsərrüfat
balansına əsasən 24 milyard kubmetr olub.

Bunu AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə
müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yerüstü su ehtiyatlar 15
milyard kubmetr, Təqribən 9 milyard kubmetri isə yeraltı
sulardır.

M.Əbdülhəsənov əlavə edib ki, suyun 11 milyard kubmetri xaricdən
formalaşaraq ölkəmizə daxil olur, 4 milyard kubmetri isə ölkə
ərazisində formalaşır.

“Bu rəqəmlər onu göstərir ki, su ehtiyatlarımız getdikcə azalır.
Bu, son 20 ildə 15% azalma deməkdir. Bunun əsas səbəbləri isə son
illərdə temperaturun yüksəlməsidir. Bunun qarşısının alınması üçün
tədbirlərə misal olaraq sudan qənaətlə istifadə texnologiyaları,
damcılı, səpgili suvarma sistemlərni göstərmək olar. Ümumilikdə
götürsək, Azərbaycan əhalisinin su ilə təminatında, kənd
təsərrüfatı sahəsində bitkilərin suvarılmasında heç bir çətinlik
yoxdur. Bütün su ehtiyatları dövlət tərəfindən qorunur. Kifayət
qədər su ehtiyatımız var, ancaq azalmalar müşahidə edilir.
Azərbaycanın su ehtiyatlarının 5 milyard kubmetri işğaldan azad
edilən torpaqlarda formalaşır. Bütün bunlar ölkəmizin su ehtiyatına
müsbət təsir göstərir”, – o deyib.

Şöbə müdiri onu da bildirib ki, Kür və Araz çayları ölkəmzin su
ehtiyatının formalaşmasında xüsusi rol oynayır. Bu çaylar
tənzimlənən çaylardır. Həmin çayların üzərində su anbarları var. Bu
il ötən ilə nisbətən xeyli su artıq yığmışıq. Bu, bizə suyun daha
rahat nizamlanmasına imkan verəcək.

Teqlər: