Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Sabah Bakıda Qara Qarayev prospektində hərəkət qismən
məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, 14 may
saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev
prospektində (YAP-ın təşkilatının inzibati binasının önü)
aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin
hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları,
öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə
etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə
hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına
riayət etmələri xahiş olunur

Teqlər: