Atalara da tez pensiyaya çıxmaq hüququ veriləcək

Sağlamlıq imkanı məhdud uşağına baxan atalara 5 il tez pensiyaya
çıxmaq hüququ veriləcək.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları
haqqında” qanuna dəyişiklikdə əskini tapıb.

Belə bir güzəşt bu vaxtadək yalnız analara verilirdi.
Dəyişikliklərə əsasən, atalara da bu güzəştin verilməsi nəzərdə
tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.

Teqlər: