Bu tarixlərdə Bakı bulvarı boyunca əyləncə zonaları olacaq

2022 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi 10-12 iyun
tarixlərində Bakının tamaşaçılar Dənizkənarı Milli Parkı boyunca
uzanan əyləncə zonalarını kəşf edəcəklər.

Bu barədə AzerTimes-a
Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, nəhayət, azarkeşlərin gözlədiyi avtoqraf
sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzları və
komandalarını yaxından görmək imkanı yaradacaq.

2016-cı il debütündən bəri dünya F1 azarkeşlərinin sevimlisinə
çevrilən Bakı Şəhər Halqası F1 tarixində ən yadda qalan və dramatik
yarışlara ev sahibliyi etməklə dünyanın aparıcı F1 pilotlarını
sınaq qarşısında qoyur. Yarış bolidlərinin 366 km/saat sürətlə
rekord həddə çatdığı, 2 km uzunluğunda düz yolu və UNESCO-nun
mədəni irs nümunəsi İçəri Şəhər Qala divarları qarşısından keçərək
dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası
qısa müddət ərzində bugünkü F1 təqvimində ən çətin treklərdən biri
kimi öz yerini təsdiqlədi.

Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməmiş, son beş
yarışda beş fərqli qalib müəyyən olunmuşdur.

Bu il də, ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət
doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında
istisna olunmur. Təsadüfi deyil ki, 2021-ci ildə finiş xəttinə 3
dövrə qalmış Maks Ferstappenin qəzaya uğraması, Luis Hemiltonun
restartda ona baha başa gələn səhvi Red Bull komandasının pilotu
Serxio Peresin qələbəsinə təkan vermiş oldu.

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır
gözlənilən F1-in Bakıya “tam” qayıtması barədə qeyd edir: “Bütün
biletlərin alınacağına ümid edir, izdihamı qarşılamağa
səbrsizlənirik. Beş yarışda beş fərqli qalibimizin olması çox
gözəldir. Formula 1 azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün
ən gözlənilməz yarışı onu çox həyəcanlı edir! ”

Formula 1 yarışına əlavə olaraq, azarkeşlər Luis Hemilton, Şarl
Lekler, Corc Rassel və Lando Norris kimi Formula 1 ulduzlarının bir
çoxunu yetişdirən, olduqca populyar Formula 2 seriyasının geri
dönüşündən də həzz ala bilərlər.

2022 Formula 1 Azərbaycan Qran Prisi Bakı küçələrində daha bir
möhtəşəm rəqabətə hazırlaşır.

Teqlər: