Bu prospektlərdə rənglənmə işləri aparılacaq

Neftçilər prospektinin Rixard Zorge və Yusif Səfərov küçələri
arasında yerləşən hissəsində, həmçinin Yusif Səfərov küçəsinin hər
iki istiqaməti üzrə 18 fevral saat 22:00-dan etibarən 19 fevral
səhər saatlarınadək üfiqi nişanlama xətlərinin rənglənməsi işləri
aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, üfiqi
nişanlama xətlərinin rənglənməsi işləri Xocalı prospektinin hər iki
istiqaməti üzrə 19 fevral səhər saat 10:00-dan axşam saat 17:00-ə
qədər, həmçinin axşam saat 22:00-dan 20 fevral səhər saat 05:00-a
qədər də icra olunacaq.

20 fevral tarixində gün ərzində isə xətlənmə işləri Neftçilər
prospektinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında
yerləşən hissəsində, həmçinin Xocalı prospektində davam
etdiriləcək.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli
olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti
qaydalarına əməl etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Teqlər: