Qoz-fındıq qanda şəkərinin səviyyəsini aşağı salmağa kömək
edir.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər qandakı qlükoza
səviyyəsinin təkcə karbohidratlardan deyil, həm də qidada olan
zülalların, yağların və liflərin miqdarından asılı olduğunu
bildirərək, qanda şəkərin səviyyəsini tez bir zamanda yüksəldən,
sonra isə aşağı salan qidalarla birlikdə qoz-fındıq istehlak etməyi
məsləhət görürlər.
Bununla da, rasiona bir ovuc qoz-fındıq və ya qoz yağı əlavə
etmək, yeməkdən sonra qanda şəkərin səviyyəsində sıçrayışları və
düşmələri azaltmağa kömək edə bilər.
Bundan əlavə, qoz-fındıq, xüsusilə badam, E vitamini ilə
zəngindir və iltihabı azaltmağa kömək edir. Onlar həmçinin
ürək-damar sistemini qoruyurlar.