Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib

Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı
sakini həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan Trend
verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin dövlət yol
polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə
olan “Mercedes” markalı mikroavtobusun sürücüsüsü yol hərəkəti
qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon
sakini Nazim Qurbanovun narkotik vasitə qəbul etməsinə dair
şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi
təmin edilib.

Müayinənin nəticəsinə əsasən N.Qurbanovun narkotik vasitədən
istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi
üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə
həmin şəxs 30 gün müddətində inzibati qaydada həbs edilib.

Teqlər: