Bu instituta yeni direktor təyin edildi

Xəbər - Samir Əli – Trend:

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə
Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor
təyin olunub.

TƏBİB-dən AzerTimes-a
verilən məlumata görə, institutun direktoru vəzifəsini tanınmış
ortoped-travmatoloq Elviz Qasımov icra edəcək. Vüqar Qurbanov yeni
direktoru kollektivə təqdim edib.

Səhiyyə sahəsininin yeni çağrışlara uyğun inkişafı, tətbiq
edilən icbari tibbi sığortaya tibb müəssisələrinin surətli
adaptasiyası məqsədilə özəl sektorlarda çalışmış kadrların tabeli
xəstəxanalara inteqrasiyası səhiyyə sahəsinə yeni çağın başlanması
kimi qiymətləndirilir.
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Elviz Qasımovun
səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli idarəçilik
təcrübəsinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya
İnstitutunun müasir tələblərə uyğun olaraq daha da inkişaf
etdirilməsində mühim əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu
bildirib.

Məlumat üçün qeyd edək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin
Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə)
bitirib. Daha sonra isə, Mərmərə Universiteti Xəstəxanası (
İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq
təhsili alıb.


İxtisasca Ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya,
Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri
kimi çalışır. O, Bakı Sağlamlıq Mərkəzində Ortopediya və
Travmotologiya şöbəsinin qurulmasında müstəsna rola malikdir və
eyni zamanda fəaliyyətini orada davam etdirir. Səmərəli
fəaliyyətinə görə, Elviz Qasımov 2018-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
“Əməkdar Həkim” fəxri adına laiq görülüb.

Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında
bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.

Teqlər: