Bu il turistlər kənd turizminə üstünlük verəcəklər – AzTA

Karantin rejiminin yumşaldılması turizmə müsbət təsir
göstərəcək.

Bunu AzerTimes-a Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin
sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, qarşıdakı turizm mövsümü ilə əlaqədar yeni
layihələr üzərində işləyirlər.

“Qarşıdan yay fəsli gəlir. Bu baxımdan qurum olaraq daha çox
turistləri cəlb etmək üçün yeni turizm növlərinin tətbiqi ilə bağlı
layihələrimiz var. Buna misal olaraq çadır turizminin tətbiqini
planlaşdırırıq.Yay fəslində çimərlik, sağlamlıq, mədəni-tarixi
turizm, kənd -yaşıl turizminə maraq böyük olacaq. Bunların
içərisində kənd turizmi daha çox turisti özünə cəlb edəcək. Bunun
əsas səbəbi iki ildir ki, pandemiyanın davam etməsidir. Artıq
insanlar qapalı yerlərdən sıxılıblar. Buna görə də yerli və xarici
turistlər ölkəmizdə təmiz havada istirahətə üstünlük veəcəklər.
Hazırda kənd-yaşıl turizmi ölkəmizdə inkişaf etməkdədir”,- deyə
Ə.Qurbanov bildirib.

Teqlər: