Azərbaycan təhlükəsizlik və müdafiə qüvvələrini inkişaf etdirməkdə davam edəcək – Hikmət Hacıyev

ŞUŞA. Trend:

Azərbaycan təhlükəsizlik və müdafiə qüvvələrini inkişaf
etdirməkdə davam edəcək.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

“Biz son 30 ildə Qarabağda baş verənləri unuda bilmərik və
müdafiə qüvvələrimizi gücləndirməkdə davam edəcəyik”, – deyə o
bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Ermənistanla sülh
müqaviləsini imzalamağa hazırdır.

“Azərbaycan qisas axtarmır, biz ədalətə can atırıq”, – H.Hacıyev
deyib

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: