Bu il “Son zəng” tədbirləri keçiriləcək? – AÇIQLAMA

Pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, “Son zəng”
tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilə bilər.

Trend-in məlumatına görə, bunu təhsil naziri
Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bu haqda danışmaq hələ tezdir.

“Pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər
ənənəvi qaydaya yaxın formatda keçirilə bilər. Tədris ilinin başa
çatmasına 2 aya yaxın vaxt var. Ümumiyyətlə, bu tip qərarlar
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud
vəziyyətə uyğun olaraq verilir”, – deyə o əlavə edib.

Teqlər: