Azərbaycanda iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək

Bərdə. Trend:

Ötən il Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində
əməkdaşlıqla bağlı protokol imzalandı. Protokol çərivəsində ölkədə
iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək.

Bunu Trend-ə açıqlamasında Peşə Təhsili üzrə Dövlət
Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, beynəxalq təcrübənin peşə təhsili sahəsinə
gətirilməsi və beynəxalq əməkdaşlıqların yaradılması istiqamətində
müəyyən işlər görülür.

“Bu çərçivədə Türkiyə ilə peşə təhsili əməkdaşlığımız çox
vacibdir. Ötən il iki ölkə arasında peşə təhsili sahəsində
əməkdaşlıqla bağlı protokol imzalandı. Protokol çərivəsində ölkədə
iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək. Bu il
Türkiyənin Bursa şəhərində yerləşən bir neçə məktəbin nümayəndələri
Bakıya səfər edərək, ölkəmizin bir çox məktəbləri ilə qardaşlıq
müqavilələri imzaladı və onlardan biri də məhz Bərdə məktəbi ilə
oldu”, – deyə o bildirib.

Teqlər: