Bu il müəllimlərin işə qəbulunda neçə vakant yer ayrılacaq?

Xəbər - Humay Ağacanova – Trend:

Bu il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində ötənilki sayda
vakant yer elan ediləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyi
İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ötən il 8000-ə yaxın vakansiya elan edildi.
Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı.


“Ümumilikdə 13 minə yaxın vakansiya elan olundu. Eyni sayda
vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək”, -deyə o
əlavə edib.

Teqlər: