Bu il ƏƏSMN-in portalına 4,4 milyondan çox müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az
portalına bu ilin əvvəlindən daha 4 milyon 445 mindən çox müraciət
qeydə alınıb.

Bu barədə AzerTimes-a Nazirlikdən xəbər verilib.

2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri
olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial
məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial
təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi
izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai
nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən
portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda
davam edərək 1 milyon 155 min 283-ə çatıb.

Teqlər: