Bu hərbçilərin həyat yoldaşlarına pensiya verilməsi təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Ombudsman ehtiyatda və ya istefada olan hərbi qulluqçunun hər
hansı bir səbəbdən vəfat etməsi nəticəsində pensiya yaşına
çatmasını gözləmədən həmin şəxsin arvadına pensiyanın təyin
edilməsini təklif edir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Ombudsman “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun
41.0.9-cu maddəsinə və Azərbaycan Respublikasının 1997-ci il 3
oktyabr tarixli, 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə
əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10
il xidmət etmiş kadr zabitlərinin öz arzusu ilə həqiqi hərbi
xidmətdən ehtiyata buraxılması hüququna malik olduğunu nəzərə
alaraq, 10 il xidmət etməmiş kadr zabitlərinin də dövlət tərəfindən
onlara çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq dövlət
büdcəsinə geri ödənilməsi şərtilə öz arzusuna uyğun ehtiyata
buraxılması hüququnun təmin edilməsi məqsədi ilə müvafiq qanunlara
əlavə və dəyişikliklərin edilməsini tövsiyə edir.

Teqlər: