Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan
vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin
ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 14 mart
2022-ci il tarixinədək Azərbaycana 7500-dən artıq insan təxliyə
olunub. Onlardan 3 000-ə yaxını çarter reysəri, 4500-dən çox insan
isə avtobuslarla təxliyə olunub.
Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən
Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən
indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən
qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil
olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti
yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları
hesabına Azərbaycana geri dönüşü həyata keçirilir.