Ərdoğan Rusiya və Ukrayna xarici işlər nazirlərinin Türkiyədə görüşünü diplomatiya baxımından yaxşı addım adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna xarici
işlər nazirlərinin Türkiyədə görüşünü diplomatiya baxımından yaxşı
addım adlandırıb.

AzerTimes xəbər verir ki,
prezident “Ukraynada davamlı atəşkəs haqqında razılığın əldə
olunması üçün səy göstərəcəyik”, deyə bildirib.