Bu gündən Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının maaşları artdı

Xəbər - Humay Ağacanova – Trend:

Bu gündən Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının maaşları artdı.

Trend xəbər verir ki,fərmana əsasən Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilir.

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılır.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir

Teqlər: