Bakı-Qazax magistral yolunda ağır avtoqəza baş verib, ölən və yaralılar var

Səhər saatlarında Bakı-Qazax magistral yolunun Kürdəmir rayonun Karrar kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, ”Ford” markalı mikroavtobusun sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb.

Hadisə zamanı avtomobildə olan Ağdam rayon sakinləri 45 yaşlı Cəlal Qüdrət oğlu İmanov, 20 yaşlı Nahid Şahid oğlu Həsənov, 56 yaşlı Şövkət Əhməd qızı Xəlilova və Yağmur Rahib qızı Xəlilzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. 31 yaşlı Rahib Osman oğlu Xəlilov həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Onun cəsədi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib.

Teqlər: