Bayden Rusiya ilə danışıqlarda irəliləyişə ümid edir

ABŞ prezidenti Co Bayden yanvarda Rusiya ilə təhlükəsizlik danışıqlarında irəliləyiş əldə etməyi səbirsizliklə gözlədiyini bildirib.

Trend xəbər verir ki, Bayden bunu yanvarda gözlənilən ABŞ və Rusiya Federasiyası arasında təhlükəsizlik məsələləri üzrə ikitərəfli məsləhətləşmələr, daha sonra Rusiya-NATO Şurası, ondan sonra isə Rusiya Federasiyası ilə ATƏT arasında təmaslar ərəfəsində bildirib.

“Danışıqlara gəldikdə, mən həmişə ümid edirəm ki, irəliləyiş əldə oluna bilər”, – deyə Bayden bildirib.

Teqlər: