Bu gün iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Trend xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş
Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi
qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda
uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib
və elə bu tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq
müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i
Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın
əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd
edilir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar AzerTimes-ın
fotoqrafı Zaur Mustafayevin paytaxt Bakıdan lentə aldığı
görüntüləri təqdim edirik.