Çex nümayəndə heyəti ilə KOBİA-da görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
nümayəndələri ölkəmizdə səfərdə olan Çex Respublikasının Sənaye və
Ticarət Nazirliyinin Xarici iqtisadi siyasət departamentinin
direktoru Martin Pospisilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

KOBİA-da təşkil olunmuş görüşdə ölkələrimizin biznes subyektləri
arasında davamlı və uzunmüddətli əlaqələrin qurulmasına qarşılıqlı
maraq ifadə edilib, biznes missiyaların təşkilinə, birgə
müəssisələr yaratmaqda maraqlı olan yerli KOB-larla əməkdaşlığa,
Çexiyanın müvafiq təşkilatları ilə əlaqələrin genişləndirilməsinə
dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, KOBİA ölkəmizə
investisiya yatırmaq, biznes qurmaq istəyən çex iş adamlarına
dəstək göstərə bilər.

Teqlər: