Bu gün 21 mindən çox şagird buraxılış imtahanı verəcək

23 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM)
tərəfindən Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş,
Ağsu, Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan,
Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və Sumqayıt
(II hissə) şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanı keçirilir.

DİM-dən AzerTimes-a bildirilib ki, imtahan saat 11:00-da
başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə
çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi
şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə
imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca
vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə
96 imtahan binası, 1611 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 96 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 2005
nəzarətçi-müəllim, 198 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 96
bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanda 21337 şagirdin iştirakı nəzərdə
tutulur.

Teqlər: