BSU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb (FOTO)

İyunun 1-dən Bakı Slavyan Universitetində (BSU) 2021/2022-ci
tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada
başlayıb.

İmtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin
“İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci
il tarixli F-282 nömrəli müvafiq əmrinin tələblərinə uyğun olaraq
həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 6 iyuladək
davam edəcək.

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq
tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud
pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.

Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq
lövhələrdə asılıb.

BSU-da imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə
bağlı İmtahan Qərargahı yaradılıb. Qərargaha daxil olan hər bir
şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində
Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad,
təklif və fikirlərini qeyd etmək üçün [email protected] ünvanına
yazmaqla, müraciət etmək olar.

Teqlər: