1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olundu

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər
ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş qeyd edilir.
Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissəsidir. Bu
səbəbdən Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli,
vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait
yaradılmasına xüsusi diqqət verilir.

Bu il Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Azərxalça” ASC
Kapital Bank ASC , Qırmızı ürəklər (Red Hearts) Fondu və
Mcdonalds-ın birgə tərəfdaşlığı ilə “Hər şey mümkündür” layihəsinin
həyata keçirilməsində iştirak etdi. Layihə çərçivəsində uşaqlar
üçün təşkil olunan ustad dərsləri “Azərxalça” ASC – nin
İçərişəhərdə yerləşən nümayiş salonunda keçirildi. Cəmiyyətin
xüsusi qonaqları xalçalarla tanış oldu, toxuma prosesində iştirak
etdi və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça
naxışlarını öz təxəyyüllərinə uyğun boyadılar.

Həyata keçirilən bu layihə daun sindromlu uşaqların sosial
reabilitasiyasına töfhə verir. Daun sindromlu uşaqların bacarıq və
iradələrinin nümayiş olunması üçün nəzərdə tutulan layihənin
onlarda pozitiv əhval-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiyası
baxımından əhəmiyyəti çox mühimdir. Layihə çərçivəsində
benefesiarlara müxtəlif istiqmətlərdə master-klasslar (qurama,
modellik, inkluziv rəqs, rəsm və gil sənəti ilə bağlı) həyata
keçirilmişdir. Məqsəd bu kateqoriyadan olan uşaqların
bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və
pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin
göstərilməsidir. Gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların
öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaq layihənin əsas
kompanentlərindən biridir.

Bu dəfə xalça dünyasına səyahət edən daun sindiromlu uşaqlarda
xalça toxumaq, ornamentləri boyamaq və rəngli saplarla oynamağın,
xalçaların sirli sehirli rənglərinin də əslində çox yaxşı
reabilitasiya üsulu olduğunu vurğulamaq yerinə düşər. Xüsusilə
pandemiya dönəmində bir çox reabilitasiya mərkəzlərinin
fəaliyyətinin dayandırılması ilə uzun müddət evdə qalan uşaqlar
üçün təşkil olunan tədbir çox faydalı olmaqla yanaşı, maraqla
qarşılanıb.

Dünyada bütün uşaqların qayğıya və diqqətə ehtiyacı var. Lakin
xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ilin hər günü maraqlanmaq
vacibdir, onlar planlı və peşakar şəkildə köməyə ehtiyac duyurlar.
Daun sindromlu uşaqlar xüsusi bir təlimlə normal fərd kimi cəmiyətə
qatılıb peşə sahibi ola bilər

Məlumat üçün bildirək ki, bu gün 1950-ci il iyunun 1-də BMT Baş
Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün
(International Children’s Day) qeyd olunması qərara alınıb. Həmin
gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə
həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə
həsr etmək qərarı verilib.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının
üzə çıxarılması, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və
inteqrasiya olunması istiqamətində “Azərxalça” ASC bu tədbirləri il
ərzində davam etməyi planlaşdırır.

Uşaqlar gülsün, Dünya gülsün!

Teqlər: