Brüsseldə baş tutuan üçtərəfli görüş Azərbaycanla Ermənistan
arasında bu vaxta qədər aparılan mümkün sülh danışıqları prosesinin
yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Hər şeydən öncə ona
görə ki, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi
çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və
tərddüdlü bəyanataından sonra məhz elə həmin baza prinsipləri
əsasında Brüsseldə nəzərəçarpaçaq razılaşmalar əldə edildi.
Bunu AzerTimes-a Milli
Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, görüşə
damğasını vuran məsələlər təkcə müzakirə edilən məslələr deyil həm
də müzakirə edilməyən məslələr oldu.
“Məsələn erməni tərəfinin bütün israrlarına baxmayaraq heç bir
status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi Azərbaycanın
müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə
işlədilmədi. Sadəcə Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və
təhlükəsizlik məsələlərinə toxunuldu. Bunula da hər iki mövzuda
ermənilərin israrla nəyəsə nail olmaq cədlərnəi birdəfəlik son
qoyuldu.
Görünür yalnız bu həqiqətlər Paşinyan tərəfidndə yeni reallıq
kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə
birdən birə yaxınlaşma baş verdi. Bu yaxınlaşmalar ilk növbədə
sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə
komissiyaların görüşməsi istiqamətində baş verdi. Aydındır ki,
mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə
taınması ən əsas prioritetdir.
İkncisi kommunikasiyaların açılması və iqtisadi əlaqlərin
bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində
görüşün olması ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir ki
, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək.
Elə bu blokda ən əsas məsələrdən biri də gömrük qaydlarının
müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir.
Əslində danışıqların irəliyə doğru getməsinə mane olan əsas
məsələlərdən bir bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur
dəhlizi üzrə paralellik təşkiletmə baxımından aktual idi. Digər
mühüm blok humanitar blok idi ki, burada da minaların xəritələrinin
verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ
savaşında itikin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi
məsləsi idi ki, beş saatılq görüşdə bu da müzakitə edildi”, – deyə
deputat qeyd edib.
O bildirib ki, xarici işlər nazirlərinin yaxın vaxtlarda
görüşməsi ilə bağlı razılaşma isə ondan xəbər verir ki, mümkün belə
görüş artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə
edilməsindən sonra baş tutacaq ki, bu da özlüyündə iyul-avqust
aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin
yarada biləcək və görə də Brüssel görüşlərinin 3-cü raundunu ən
məhsuldar raund kimi qiymətləndirmək mümkündür.