İranda 10 mərtəbəli bina çöküb, ölən və yaralananlar var (VİDEO)

Xəbər - Elnur Bağışov – Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan
şəhərində 10 mərtəbəli bina çöküb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının
sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım
avtomobili və bir avtobus göndərilib.

O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7
nəfər yaralanıb.