Britaniyanın işıqsürətli lazer silahı – Video

Britaniyanın işıqsürətli lazer silahı – Video

Britaniyanın müdafiə naziri Qrant Şepps “DragonFire” lazer silahının sınağını əks etdirən video yayımlayıb.

AzerTimes xəbər verir ki, görüntülər nazirin X sosial şəbəkəsində (keçmiş Tvitter) hesabında yer alıb.

“Britaniyanın “DragonFire” lazer silahının ilk videosuna baxın”, – deyə Şepps yazıb.

O bildirib ki, görüntülərin məxfiliyi bu yaxınlarda aradan qaldırılıb.

Sözügedən lazer silahının havadakı hədəfləri işıq sürəti ilə vurmağa qadir olduğu vurğulanıb.

Teqlər: