748-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

748-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 748-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 577 təyyarəsi, 267 helikopteri, 15 226 PUA-sı, 484 zenit-raket kompleksi, 15 438 tank və digər zirehli texnikası, 1 238 reaktiv yaylım atəş sistemi, 8 378 artilleriya və minaatanı, 19 658 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: