Britaniyada koronavirusa daha 28 612 nəfər yoluxub

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 28 612 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 042 252 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 103 nəfər, hazırkı dövrədək isə 130 281 nəfər vəfat edib.